imza-11012019.jpg

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, sərəncama əsasən, Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adları dəyişdirilib.

 

Əvvəl

İndi

Gürcüvan (Ağsu)

Xanbulaq

Qamışovka (Astara)

Qamışoba

Ağamalıoğlu (Goranboy)

Düzqışlaq

Əzizbəyov (Goranboy)

Kəhrizli

Xanlar (Göygöl)

Ağdağ

Mixaylovka (Göygöl)

Bənövşəli

Alekseyevka (Xaçmaz)

Çaykənarı

Müqtədir (Xaçmaz)

İstisu

Krasnı Xutor (Xaçmaz)

Şıxlı

Çistı Klyuç (Xızı)

Safbulaq

Şuraabad (Xızı)

Şorabad

Kommuna(Qazax)

Bala Çaylı

Novonikolayevka (Quba)

Çaydüzü

Şirvanovka (Qusar)

Şirvanlı

Kalinovka (Masallı)

Viləş

Astraxanovka (Oğuz)

Çaldaş

Vladimirovka (Oğuz)

Çayqovuşan

Xanlarkənd (Saatlı)

Nabatkənd

Qarayevkənd (Saatlı)

Orta Muğan

Lüksemburq (Samux)

Köbər

Qırmızı Samux (Samux)

Qaraağaclı

Əli Bayramlı (Samux)

Sarıqaya

Qasım İsmayılov (Şəmkir)

Ağlavaşlı

Muxtariyyat (Şəmkir)

Qədimqala

Bünyadabad (Yevlax)

Yeni Çobankərə

araz.az xəbər portalı.