İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək.
araz.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
“Seçkilər bizim İrana yanaşmamıza ciddi təsir etməyəcək”, – deyə ABŞ rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməyib:
“Eyni zamanda, Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq”.
O, İrandakı seçkilərin “azad və ədalətli keçirilmədiyini” iddia edib:
“Biz bu seçkilərin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya öz vətəndaşlarının insan haqlarına daha çox hörmətlə yanaşılacağına gətirib çıxaracağını gözləmirik”.
araz.az xəbər portalı.