Azərbaycan səhiyyəsini artıq o vəziyyətə çatdırıblar ki, demək olar hər gün mövcuzələrlə qarşılaşırsan.

Atalardan belə bir deyim var: qulaq hər gün bir söz eşitməsən kar olar. Misal üçün, əməliyyat zamanı xəstənin sağ ayağın amputasiya edib kəsmək əvəzinə sol ayağın kəsmək, sol gözü əməliyyat etmək əvəzinə sağ gözü əməliyyat etmək və.s. Demək olar ki, səhiyyəmiz mövcuzələrlə doludur.

“Azərbaycan Reallığı”na Abşeron Mərkəzi Xəstəxanasından şikayət edən və adının açıqlamasını istəməyən, hal-hazırda sözü gedən xəstəxanada yatan xəstənin yaxını bildirir ki, əməliyyatdan yeni çıxmış xəstənin yanında xəstəyə yardım məqsədi ilə qalmağ istəyib ondan xəstənin yanında qalmağ üçün hər gecəyə 12 manat pul istəyiblər.

Ödəniş olunduğdan sonra hələ üstəlik ona möhür və imzası olmayan çek də təqdim ediblər. İnsanlar sanki dövlət xəstəxanasında yox hansısa otel və ya hosteldə gecələmiş kimi rəftar edirlər.
1693805672_mmm
Səbəbin soruşdanda isə cavab belə olub: bu qayda qanunu burada xəstəxananın direktoru Azər İsmayılov qoyub. Mənbə onuda əlavə edir ki, xəstəxanada analoji hal digər xəstələrə də şamil olunur. Bir xəstənin yanında bir və daha çox adam qalmağa icazə verilir. Bunun üçün də hər adam üçün 12 manat ödəniş olunur.

araz.az xəbər portalı.