“Məsud Pezeşkian nə komandası, nə də xarizması olan hökumət başçısıdır”.
araz.az xəbər verir ki, bu sözlər İrandakı rejimə müxalif sayılan Britaniya mərkəzli “İran İnternational” televiziyasının ölkədəki seçkilərlə bağlı analitik materialında yer alıb.
“Pezeşkian hakimiyyətə reformistlərin köməyi ilə gəlib və rəqəmlər göstərir ki, onların da 8 il əvvəlki kimi sosial bazaları yoxdur. Onlar İran xalqının digər yarısını seçkiyə gəlməyə inandıra bilmədilər. Bunları nəzərə alsaq deyə bilərik ki, ölkədə reform cərəyanı praktik olaraq pozulub. Yəni onların sözlərini hökumətdə heç kim eşitmir, xalq isə onları dəstəkləmir.
Pezeşkian hökumətinə gəlincə isə onun nazirlərinin hamısı əvvəlcə Xameneinin filtirindən keçməlidir, sonra isə parlamentdə səsverməyə çıxarılmalıdır. Burada isə Pezeşkianın radikal opponentləri çoxluqdadır” – deyə məqalədə bildirilib.
Qeyd edək ki, İrandakı seçki aktivliyi 49% olub. Seçkidə qələbəni azərbaycanlı Məsud Pezeşkian qazanıb. Bununla bərabər İranın real idarəçisi olan ali dini lider Əli Xamenei də əslən azərbaycanlıdır.
araz.az xəbər portalı.