Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer həbsxanaların həddindən artıq çox məhbusla dolması səbəbi ilə 40 min məhbusu azad etməyi planlaşdırır.
araz.az bildirir ki, yerli mətbuat bu barədə Britaniya Ədliyyə Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.
Qərarın dörd ildən az müddətə azadlıqdan məhrum edilmiş cinayətkarlara şamil olunması planlaşdırılır.
Qeyd edək ki, Böyük Britaniyanın Leyboristlər Partiyası son 14 ildə ilk dəfə parlament seçkisində qalib gəlib.
araz.az xəbər portalı.