Qərbə aid olmayan dövlət və xalqlar, Qərb təşkilatlarına, BMT – na da alternativ, paralel təşkilatlar yaratmalıdır…
Qərbin, xüsusən də xristian katolik quruluşunun potranajında olan beynəlxalq ststuslu təkilatlar, dünyanın digər hissəsinə hökmranlığına imkan yaradan və onu qoruyub saxlayan təkilatlardır.
BMT, NATO, UNEP, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Ədalət Məhkəməsi, Haaqa Daimi Arbitraj Məhkəməsi, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı (Aİ), Aİ Parlament Assambleyası (Aİ PA), ATƏT, UNESKO, UNİSEF, WWF, UEFA da daxil olmaqla bütün idman növü üzrə assosiasiya-qurumlar və sair bu kimi təşkilatların hamısı məhz Qərbin əlində olan və faktiki olaraq dünyanı Qərb sivilizasiyasının maraqlarına uyğun idarə edir.
Qlobal siyasət, iqlim, təhlükəsizlik, dünyanın maliyyəsi, hüquq və məhkəməsi, dünya əhalisinin sağlamlığı, təhsil, mədəniyyət və incəsənət, təbiət, uşaqlar və nəhayət ki, idman bütünlüklə Qərb dünyasının nəzarətində və idarəsindədir. Bütün bu təşkilatlar dünyanı idarə etmək üçün ən effekli vasitədir və bu təşkilstların ikili standartlar yanaşması da artıq mübahisə mövzusu deyi. Qərbin həmin təşkilatlar üçün müəyyən etdiyi “qaydanı” pozanlar da sərt çəzalandırılır, yaxud həmin qaydalar Qərbə aid olmayan dövlətlərin, xalqların inkişafının qarşısını almaq üçün tətbiq edilir (sonuncu nümunə:Türkiyə yığmasının Merih Demiralla verilən cəza). Qeyd olunan Beynəlxalq Qərb təşkilatlarına üzv olan dövlətlər həmin təşkilatların müəyyən etdiyi tələblər və qaydalara tabedir, əksər dövlətlərdə də Azərbaycan Respublikası da daxil olmaqla tərəfdar çıxdığı beynəlxalq müqavilələr həmin dövlətlərin qanunvericilik sisteminə daxildir (Azərbaycan Respublikası Konstitusiyası 148-ci maddə II-hissə).
Qərbə aid olmayan dövlət və xalqlar, bütün BMT başda olmaqla Qərb təşkilatlarına alternativ və ya paralel təşkilatlar yaratmaq məcburiyyətindədir. Belə nümunələr də var: Beynəlxalq Qırmızı Xaç Təşkilatına Qızıl Aypara, UNESKO – ya İSESKO kimi təşkilatlar akternativ olaraq öz effektliyini sübut edib. Qoşulma Hərakatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Birliyi kimi təşkilatlarının da fəaliyyəti Qərbin hökmranlıq siyasətini əngəlləyən, digər dövlət və xalqların maraqlarını ədalətli şəkildə təmin etməyə imkan yaradır. Əlbəttə ki, Qərbin hökmranlığı təmin edən təşkilatlara alternativin yaradılması nəinki islam dünyasının, bütün digərlər sivilizasiyaların marağına uyğundur. Türk və islam dünyası, Çin, Rusiya və sair sivilizasiyaların nümayəndələri bu qlobal lahiyədə lokamativ funksiyanı daşıya bilər.
Vüqar DADAŞOV.
araz.az xəbər portalı.