Bakının Ağ şəhər ərazisindən başlayaraq 8 noyabr prospekti əsaslı təmirə dayanıb…

Təmir yaxşı gedir, amma süni tıxac və maneələrlə Ağ şəhərin gününü qara ediblər… Məsələn, yolu kəsib keçən hansısa bir boru xətti, kabel çəkilişi varsa, sanki qəsdən həmin yeri bərpa etmirlər ki, nəqliyyatın sıx olduğu bu yolda süni tıxac yaranmasın… Ən pisi: 8 noyabr prospektində neftayırma zavoduna piyada keçidi düzəldirlər. Olsun! Amma və lakin… Şəhər istiqamətinə gələn bütün nəqliyyat bu nöqtədə tıxaca qıslanıb. Məsələn, bu gün səhər saat 08:00-09:00 radələrinədək tıxacın quyruğu “Nargilə” çayxanasına dirənmişdi. Soldan- Günəşli- Zığ istiqamətinə isə yol bomboşdur. Niyə yolun əks istiqamətindən müvəqqəti olaraq alternativ yol kimi istifadəyə şərait yaratmırlar? Bunun üçün London universitetini bitirmək lazımdır? Niyə bu millətə zülm yaşatmaqdan zövq alır bəziləri?! Təsəvvür edin, 5-10 metrlik bir ərazidəki ləng işlərə görə insanlar yayın bu istisində uzun müddətə tıxacda qalmalı olurlar… Halbuki həmin hissəyə 100-200 metr qalmış yolun əks hissəsinə keçid yaradıb nəqliyyat axınını sabitləşdirmək mümkündür…

A. MƏMMƏDLİ.

araz.az xəbər portalı.