Türkiyənin məşhur “Etçi Umut” restoranlar şəbəkəsinin Bakının Yasamal rayonunda fəaliyyət göstərən şöbəsi cərimələnib.

araz.az xəbər verir ki, “Etçi Umut” restoranının sahibi olan “Etçi Umut Bakı” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən protkol tərtib edilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunan protokola görə “Etçi Umut Bakı” MMC Nazirlər Kabinetinin 3 aprel 2014- cü il tarixli 94 saylı Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 23.6 və 23.7-ci bəndlərinin tələblərini pozub.
Belə ki, “Etçi Umut” restoranında menyu qanunvericiliyin tələblərinə uyğun tərtib olunmayıb.
Məlumat üçün bildirək ki, 2022-ci ildə dövlət qeydiyyatına alınan “Etçi Umut Bakı” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Melixova Kamalə Rasim qızıdır.

araz.az xəbər portalı.