Bakıda A. M. Şərifzadə küçəsində ağaclar kəsilib.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Sosial şəbəkə istifadəçiləri paylaşıma “Yenə kiməsə obyekt lazımdır…”, “Pula görə ağacları qırırlar” kimi şərhlər yazıblar.
araz.az xəbər verir ki,məsələ ilə bağlı Ekologiya və Təbii Sərbətlər Nazirliyindən Bakupost.az -a bildirildi ki, kəsilən ağaclar quruyanlardır:
“Bu ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş və qəzalı ağaclar insan həyatı ilə yanaşı şəhər infrastrukturu, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradır.
ETSN mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilir və onların götürülməsi və qurumuş budaqların budanması ilə bağlı rəylər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə təqdim edilir.
Təqdim edilən rəylər əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilk mərhələdə mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından bu ağacların götürülməsi və budanma işlərinə başlayıblar. Bakının bir neçə rayonunda işlərə başlanılıb, kəsilən ağaclar və budanan budaqlar ərazidən yığışdırılaraq təmizlik işləri aparılır.
Eyni zamanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əmkdaşları gündəlik olaraq mövcud ağaclara qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyinin suvarılması işlərini həyata keçirirlər.
Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində iqlimə uyğun yeni ağaclar əkiləcək”.
araz.az xəbər portalı.