Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq-Ədalət Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar verib.
araz.az bildirir ki, bu barədə HƏP mətbuat xidməti məlumat yayıb.
Bu qərar İdarə Heyətinin bu gün keçirilmiş iclasında qəbul olunub.
HƏP-in Mərkəzi Seçki Komissiyasında maliyyə məsələləri üzrə Əmir Çıraqəliyev və Rəşad Abbaslı, seçki məsələləri üzrə isə Fərrux Binnətzadə, Yusif Vəliyev və Samir Nəsirov səlahiyyətli nümayəndələr kimi MSK-ya təqdim olunub.
Gündəlikdəki üçüncü məsələ ilə bağlı HƏP İdarə Heyətinin bütün üzvləri ayrı-ayrılıqda çıxış edərək, 2024-cü il sentyabrın 1-də növbədənkənar
Parlament seçkilərində namizədliyi irəli sürüləcək HƏP üzvlərinin siyahısı təsdiq olunub.
1. Əliyar Şirməmmədov – İdarə Heyətinin üzvü, HƏP Mərkəzi İcra Aparatının rəhbəri – Bakı şəhəri, Nizami birinci 24 saylı DSK ;
2. Bəhram Mehdiyev – İdarə Heyətinin üzvü – 25 saylı Bakı şəhəri, Nizami ikinci DSK ;
3. Aslan Dəmirov – HƏP Mərkəzi İcra Aparatı rəhbərinin birinci müavini – 87 saylı Qobustan-Şamaxı-İsmayıllı DSK ;
4. Elçin İsmayılov – HƏP Mərkəzi İcra Aparatı rəhbərinin regionların işi üzrə müavini, HƏP Gəncə Regional Mərkəzinin rəhbəri – 40 saylı Gəncə şəhər üçüncü DSK ;
5. Bildirçin Davudova – HƏP Qadınlar Şurasının sədri – 50 saylı Abşeron üçüncü DSK ;
6. Əsgər Məmmədbəyli – HƏP Naxçıvan Şəhər Təşkilatının sədri – 4 saylı Naxçıvan şəhər DSK ;
7. Anar Hüseynov – HƏP Sumqayıt Regional Mərkəzinin rəhbəri – 43 saylı Sumqayıt Şəhər üçüncü DSK ;
8. Azər Salmanov – HƏP Zaqatala Regional Mərkəzinin rəhbəri – 111 saylı Zaqatala Şəhər DSK ;
9. Dilqəm Əliyev – HƏP Şəmkir Rayon Təşkilatının sədri – 102 saylı Şəmkir Şəhər DSK ;
HƏP-in Mətbuat Xidməti.
araz.az xəbər portalı.