Ətraf mühitin mühafizəsi ötən 8 ildə olduğu kimi, bu gün də “AzerGold” QSC-nin fəaliyyətinin prioritetlərindəndir.
QSC-dən araz.az-a bildirilib ki, ekoloji monitorinq proqramına uyğun olaraq hasilat və istehsalat sahələrində hava, su və torpaq nümunələri mütəmadi olaraq analiz edilir, toz, səs-küy və vibrasiya testləri aparılır. Həmçinin QSC meşələrin bərpası səylərinə töhfə vermək, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün müntəzəm ekoloji aksiyalar təşkil edir. Bu günədək Daşkəsən və Göygöl rayonlarında yerləşən qızıl mədənlərinin ətrafında 16 mindən çox ağac və kol bitkisi əkilib, yerli quş və balıq növlərinin artırılması məqsədilə işlər görülüb, bölgədə yerləşən çay və digər su hövzələri ətrafında təmizlik aksiyaları həyata keçirilib.
araz.az xəbər portalı.