Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilər.
Günay Ağamalının Ana Vətən Partiyasında atasını əvəzləməsi barədə xeyli müddətdir ki, iddialar mövcuddur.
araz.az bildirir ki,məsələ ilə bağlı Günay Ağamalı demokrat.az-ın suallarına konkret cavab verməyib.
Daha sonra o bildirib ki, bu məsələyə növbəti həftə Ana Vətən Partiyasının İdarə Heyyəti tərəfindən aydınlıq gətiriləcək.
araz.az xəbər portalı.