Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri də “Qərbi Azərbaycan Ensiklopediyasının sözlüyü”nün təsdiq edilməsi haqqında olub.
Akademiyadan araz.az-a bildirilib ki, AMEA prezidenti akademik İsa Həbibbəyli sözlüyün hazırlanması üçün yaradılmış İşçi qrup tərəfindən keçirilmiş müzakirələr nəticəsində Rəyasət Heyətinə 2595 sözdən ibarət sözlüyün təqdim olunduğunu diqqətə çatdırıb. Təqdim edilmiş sözlüyü nəzərdən keçirərək ixtisarlar və özünün əlavələrini etdiyini bildirən akademik İsa Həbibbəyli İşçi qrupun fəaliyyətini yüksək qiymətləndirib və sözlüyün ümumilikdə 2000 sözə endirilməsi ilə bağlı tapşırıqlarını verib.
Mövzu ilə bağlı çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, İşçi qrupun üzvü Əziz Ələkbərli İcmada bütün sahələr üzrə komissiyaların fəaliyyət göstərdiyini bildirib və sözlüyün AMEA rəhbərliyinin və həmin komissiyaların iştirakı ilə yekun müzakirəsinin keçirilməsini təklif edib.
araz.az xəbər portalı.