Bu ilin iyun ayının 1-nə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 749,4 min nəfər olub.
araz.az xəbər verir ki, muzdla çalışan işçilərin 893,1 min nəfəri dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə muzdla çalışan işçilərin sayı 1 milyon 726,3 min nəfər olub və onlardan 898,6 min nəfəri dövlət sektorunda, 827,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Açqılanan məlumatlardan da göründüyü kimi, son bir ildə dövlət sektorunda işləyən işçilərin sayı 5 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 28,6 min nəfər artıb.
araz.az xəbər portalı.