Yanvarın 19-da Milli Şuranın mitinq kemçirmək istəyinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müsbət cavab verib.
Musavat.com xəbər verir ki, Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə baxıb və göstərilən tarixdə saat 15:00-dan 17:00-dək aksiyanın keçirilməsinə rəsmi icazə verib. Mitinq həmişəki kimi Yasamal rayon ərazisindəki “Məhsul” stadionunda keçiriləcək.
Xatırladaq ki, bundan öncə Qarabağ Komitəsi və Müsavat Partiyası da mitinq üçün BŞİH-ə müraciət etmişdişdi. Lakin hər iki təşkilata yox cavabı verilmişdi. Bunun fonunda Milli Şuranın mitinqinə icazə verilməsi xeyli maraq doğurur.
/Musavat.com/
araz.az xəbər portalı.