“Onların Azərbaycandan xəbərləri yoxdur. İşləri gücləri barlarda eyş-işrət içində keçir. Viski içməkdən, əxlaqsız qızlarla əyləncələrdən başları ayılmır bu dövlətimizə qarşı bir-başa xəyanətdir! Dövlət başçısının uğurlu siyasətinə kölgə salmaqdır”
araz.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin bir neçə xəbər saytını məhkəməyə verərək onların fəaliyyətinə xitam verilməsinə münasibət bildirərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Hafiz Hacıyev bildirir ki, Azərbaycan demokratik ölkədir, burada diktatura yoxdur və ola da bilməz. İnsan hüquqları qorunur.
Media başında duranların mediadan xəbərləri yoxdur. Azərbaycanı aparıb Koreya ilə bir edib dünyadan təcrid etmək istəyirlər. Saytları bloklayıb fəaliyyətlərinə xitam verdirmək düzgün seçim deyil. Ölkəmizdə söz azadlığı, demokratıya var. Buna xələl gətirən adamlar var, ölkəmizi ləkələməyə, nüfuzdan salmağa çalışırlar.
Saytların bağlanmasın o adamlar istəyir ki, onlar cinayət və qorxu içindədilər. Onun üçün də çalışırlar onların iç üzü açılmasın amma bu mümkün deyil. Bunun qarşsını almaq olmayacaq, bu hal xoşa gəlməyən, dövlətimizə zərbə vuran haldır. Azərbaycanı işıqlı gələcəyə yox qaranlıq dünyaya çevirmək istəyirlər. Dövlətini sevən insan bu işi etməməlidir”- deyə Hafiz Hacıyev bildirib
araz.az xəbər portalı.