Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt şəhər nümayəndəliyinin İdarə Heyyətinin iclası keçirilib.
araz.az xəbər verir ki,İcmanın Sumqayıt şəhər nümayəndəliyindən sumqayit.tv-yə verilən məlumata görə, iclasın gündəliyinə nümayəndəliyin yarımillik hesabatı, 17 iyul Sumqayıt nümayəndəliyinin yaranmasının bir illiyi və cari məsələlər çıxarılib.
İclası Sumqayıt nümayəndəliyin rəhbəri Ramiz İsmayılov açaraq, toplantı iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
O yarım il ərzində nümayəndəliyin tərkibində yaradılan şuraların fəaliyyəti barədə hesabat verib. Hesabat çıxışında R.İsmayılov Qadınlar Şurasının və Gənclər Birliyinin gördüyü işlərdən danışıb.
Hesabat dinlənildikdən sonra şuraların fəaliyyəti İdarə Heyyətinin müzakirəsinə çıxarılıb. Müzakirə zaman Qadınlar Şurası və Gənclər Birliyinin gördüyü iş qənaətbəş hesab edilib.
Sonra 17 iyul tarixində nəzərdə tutulan tədbirin detalları müzakirə olunub. Qərara alınıb ki, nümayəndəliyin yaranmasının bir illiyi ilə əlaqədar olaraq Sumqayıt şəhərində yerləşən mədəniyyət mərkəzlərinin birində 100-150 nəfərdən ibarət tədbir planlaşdırılsın. Eyni zamanda yaxın həftələrdə nümayəndəliyin Ziyalılar Şurası yaradılsın.
araz.az xəbər portalı.