Azərbaycan Prezidenti İlham Əliyev Arif Alışanovu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə imzalanan sərəncamda deyilir:
1. Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Yenicag.az-ın məlumatına görə, Arif Alışanovun yerinə Rövşən Məmmədov təyin olunub.
Xatırladaq ki, Arif Alışanov son aylar mətbuatın gündəminə məhkəmə işləri ilə gəlmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində “AzTV”nin eks-sədrinə 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxslərə ümumilikdə 52 il 4 aylıq həbs verilmişdi.
araz.az xəbər portalı.