Azərbaycanın xalq artisti, tanınmış aktyor Arif Quliyev son günlər ölkə ərazisində hökm sürən ifrat hava şəraiti ilə əlaqədar maraqlı açıqlama verib.
Tanınmış aktyor Demokrat.Az-a açıqlamasında yaranmış vəziyyətlə bağlı zarafatlı fikirlər səsləndirib.
A.Quliyev küləkli havaya görə evdən bayıra çıxmadığını bildirib:
“Pəncərələri və qapıları bağlayıb uşaqları evə salmışam. Qoymuram ki, bayıra çıxsınlar. Küləklərdən müdafiə komitəsinin sədri bizə xəbərdarlıq edib. Ona görə də heç yerə çıxmıram. Təbiəti mühafizə komitəsindən də xəbərdarlıq edilib ki, əsən ağacların altından keçməyim. Yəni, sınıq ağacların yanından keçmək olmaz.
Sağ olsunlar ki, Ysamal rayonunda böyük işlər görülür. Bu rayonda sınıq ağaclar küləkdən əvvəl kəsilib. Bu yaxınlarda böyük iməclik oldu. Yəni, ağacları belə kəsmək lazımdır. Küləkdən əvvəl ağac kəsməyin heç bir mənası yoxdur.
Araz.az
Mən məhlədə insanlara da tövsiyə edirəm ki, küləkli havada həyətə tək çıxmasınlar, əl-qollarını iplə heyvanlara bağlayıb gəzsinlər. Yoxsa, külək onları aparar. Bu yaxınlar həyətdə nə qədər pişiyi külək uçurub aparmışdı”.
araz.az xəbər portalı.