Tanınmış vəkil Ceyhun Yusifov həmkarı Adəm Məmmədovu məhkəməyə verib.
araz.az gununsesi.info-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında edilən şikayətində Ceyhun Yusifov şərəf və ləyaqətinin alçaldığını, həmçinin işgüzar nüfuzuna zərbə vurulduğunu yazıb.
O, eyni iddia ilə vəkil Adəm Məmmədovun təsisçisi olduğu saytlara qarşı da məhkəməyə müraciət edib.
İşə hakim Vüsal Qurbanov baxacaq.
araz.az xəbər portalı.