Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova jest edib.

araz.az sportinfo.az-a istinadən xəbər verir ki, o, Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” seriyalı dövlət nömrə nişanı bağışlayıb.

Bu da təsadüfi deyil. Generalın futbola böyük həvəsi var. “Qarabağ”ı xüsusən diqqət mərkəzində saxlayır.

Öncəki illərdə “Turan Tovuz”a maddi dəstək vermiş R.Zeynalov ara-sıra stadiona da baş çəkir, “köhlən atlar”ın avrokuboklarda keçirdiyi ev oyunlarını izləyir.

araz.az xəbər portalı.