Həmkarlarımızdan eşitdik ki, Pirşağı qəsəbəsində Hacı Vaqif Rəşidov ad-soyadlı cəsarətli, ictimai qınağa tuş gələn problem və çatışmazlıqlarımız, onların baiskarları barədə qorxub-çəkinmədən kəsərli sözlər deməyi bacaran bir ağsaqqal yaşayır. Dedikləri başdan-ayağa haqq-ədalət, vətəndaşların tapdanan hüquqlarının bərpası uğrunda əsl davadır. Bir sözlə, mətbuatın arayıb-axtardığı adamlardan biridir. Özü də, əfsanəvi Milli Qəhrəmanımız Mübariz İbrahimovun şərəfinə yaradılmış “Vətənpərvərlər” ictimai qurumunda Ahıllar Şurasına başçılıq edir. Mətbuata və əlaqədar orqanlara ünvanladığı şikayət xarakterli bütün müraciətlərini də, bu təşkilatın blankında ünvanına çatdırır.
Sözün düzü, Ümummilli liderimiz Heydər Əliyevin əsl fanatı olan bu ictimai fəalla görüşmək bizim üçün də maraqlı oldu. Və nəhayət ki, hər yerdə ölkə başçısına, nədənsə bacı oğlu deyən bu el ağsaqqalı ilə görüş, bizə də nəsib oldu. Nələr demədi?! Oxucularımız üçün maraqlı olar deyə, onun deyib, yazdıqlarının bəzilərini nöqtəsinə, vergülünə toxunmadan diqqətinizə çatdırırıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti:
Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevaya
Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova
Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubova
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə
Bakı şəhər İcra Hakimiyyətinə
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovaya
Hacı Leyləkdən soruşurlar ki, hara gedir? Deyir ki, bu yuvanı bulayıb, artıq başqa yuvaya gedir! Ona yenə deyirlər:
— O gündəyməz Səninlə gedirsə, deməli, o yuvanıda korlayacaqsan!
Möhtərəm Prezident!
Bir rəvayət haqqında məlumat vermək istəyirəm. Oğlan uşağı anasına təcavüz edir. Öz evladını öldürməyə əli gəlmədiyi üçün, onu Şahın yanına aparır. Hadisəni olduğu kimi Şaha söyləyir. Şah cavan oğlanı zindana atdırır. Kişiyə deyir ki, iki gündən sonra gəlsin, hansı cəzaya müptala olacaqsa, şahidi olsun! İki gündən sonra kişi gəlib görür ki, oğlu Şahın yanında hərbi geyimdə dayanıb. Şahdan soruşanda ki, bu nə deməkdir? Şah deyir:
— Gündüzdə çıraqla axtarsam, belə birini tapa bilmərəm. Sağ ol ki, onu mənim yanıma gətirmisən? Nə qədər sənə cəza verməmişəm, get buradan!
Quba rayon və Gəncə şəhər icra hakimiyyətlərinin rəhbərləri öz xalqına qulluq etmək əvəznə, cızıqlarından kənara çıxdıqları üçün, başlarına nələr gəldiyi xalqa məlumdur. Bir məclisdə Lənkəranın başçısının nələr etdiyi haqqında da söhbət getdi. Deyilənlərə görə, bir qadın başçının qəbuluna girir. Başçı onu təhqir edir.
Sonra bir el ağsaqqalı başçıya məsləhət vermək üçün, onun qəbuluna girir. Başçı həmin ağsaqqalı şillələyib stolun altına salır. Bunu eşidən cinayət aləminin lotusu, ona 3 gün vaxt verir ki, Lənkəranı tərk etsin!
Qəribədir, Siz bir prezident olaraq, deyirsiniz ki, bütün məmurlar xalqa qulluq etməlidirlər. Prezidenti saymayan, onu eşitməyən məmur isə, cinayət aləminin lotusunu eşidib, həmən dəqiqə olduğu yeri tərk edir. Deyilənə görə, Prezident Aparatından kimsə ona kömək edib, başqa rayona başçı göndərib. Ola bilməz ki, bu haqda Zeynal Nağdəliyevin xəbəri olmasın. Siz deyin, nə vaxtdan yerdəyişmə qanunu müsbət nəticə verib?!
Möhtərəm Prezident!
Azərbaycanda küçədə yaşayan it və pişiklər üçün qəşəng hotel yaradıblar. Deyilənlərə görə, 5 ulduzlu hotel onların yanında heç nədir. Bəli, itlərin və pişiklərin də hüquqlarını tapdalamaq, bir də təhqir etmək olmaz. Nəhayət ki, bizdə də, küçədəki it və pişikləri tutub, sığınacağa aparırlar. Təəssüflər olsun ki, Qaradağ rayonunda Vladimir adlı tatar balasının atadan qalma evini icra başçısı əlindən alıb, cinayətkar bir qadına satdığından, o, küçələrdə qalıb. Qadın da evdə olan bütün əşyaları oğurlayıb. Vladimir dəfələrlə İcra Hakimiyyətinə və polis idarəsinə məlumat verib. Nədənsə, artıq, 15-16 ildir ki, bu olaya reaksiya yoxdur, heç bir tədbir görmürlər. Görünür, evi zəbt edən qadın düz deyir. O, deyir ki, guya, pul verib, ev alıb. Kimin hünəri var, onu evdən çıxarsın?! Hal-hazırda Vladimir Bakı kəndlərində, Lökbatanın özündə zibilliklərdə və qəbirstanlıqlarda yatır. Qəribədir, Azərbaycanda itləri çöllərdən yığışdırıb, hotellərdə yerləşdirirlər. Vladimiri isə, öz evindən qovub, zibillikdə və ya qəbirstanlıqda qalmağa məcbur ediblər. Görünür, bizim respublikada xalqın aşağı təbəqəsinin nümayəndəsi olan kimsəsiz, imkansız şəxslərin hüquqları qorunmur və kobudcasına tapdalanır. Qaradağ İH-ndən və polisindən də, xahiş və tələb etmişəm ki, bu müsibətə bir əncam çəkilsin. Lakin… Siz deyin, nəyə görə, Vladimiri heç olmasa it yerinə qoyub, cinayətkardan ata mülkünü alıb, özünə qaytarmaqda heç bir qurum maraqlı deyil. Əksinə, cinayətkar qadına Vladimirin hesabına təzə tikilən binalarda ev də verəcəklər! Baxmayaraq ki, qadının 3 yerdə evi var! İndi özünüz deyin, Vladimir Cinayət Aləminən tanış deyilsə, bəs, kimə müraciət etsin!
Möhtərəm Prezident!
Vladimirin öz dilindən eşitmişəm ki, onun, bir ölkə başçısı olaraq, sizə böyük hörməti var, ona görə də seçki zamanı sizə səs verib. Yoxlaya bilərsiz! Neyləyə bilər ki, şikayətləri sizə çatmır. Belə haqsızlıq olar?! İmkansız və kimsəsiz Azərbaycan vətəndaşına it kimi yanaşırlar, iitlərin isə, respublika vətəndaşı əvəzinə hüquqları qorunur!
Bacı oğlu, inan Allaha, məni bir şey narahat edir. Vladimirin atası və özü, atası ölən günə qədər neft mədənlərində işləyiblər. Onların verdiyi vergi dövlət büdcəsinə keçib. Bu məmurlar da, maaşlarını büdcədən alırlar. Məgər onlar anlamırlar ki, vergi hesabına dolan büdcədən qidalanrlar. Atalar yaxşı deyib: “Təpiyi kimə atarsan, çörək verənə!”.
Bacı oğlu, xahiş edirəm, özün de, belə şəxslərdən respublikada çoxdur? Əgər çoxdusa, vay kimsəsiz və imkansız vətəndaşların halına!
“Acı Dərman” ləqəbli bir şair də, Vladimirin acı həyat hekayəsi haqqında nəzmlə Sizə bir müraciət də ünvanlayıb. Maraqlıdır deyə, həmin müraciəti sizə də göndərirəm:
Talemizi verdik Sənin əlinə,
Ki, dəstək olasan xalqın dərdinə,
Demədik, qanımızı içsin hər yetən,
Dərdimizə dərd versin hər yoldan ötən.
Heydərin adıyla bağlıdır adın,
Göylərə qalxıbdır adınla sanın,
Bu adın önündə baş əyirik biz,
Kömək istəyirik səndən Rəhbərmiz.
Məmuralr olubdur başmıza bəla,
Şikayət edirsən atırlar dala,
Sənin çörəyini yeyir bu bəylər
İndi də qudurub, gör necə səylər.
Belə haqsızlığa son qoysaydınız,
Xalqı da zülümdən tez qutarardız!
Süleyman İsmayılov əgər ona ünvanlanmış saysız-hesabsız belə məktubları oxuyub, Prezidentə çatdırsa, deməli ölənlərinə rəhmət qazanacaq.
Bacı oğlu, Sən yaxşı bilirsən, Əziz Əliyev cənabları ağır günlərində ailəsini götürüb, bizdə qaldı. Şəxsən özüm üçün, Sizdən heç bir Xahiş etməmişəm. Yalnız bir xahişim var, Vladimirin ata mülkü olan 3 otaqlı evi. cinayətkardan alıb, özünə verin. Yeganə vərəsə Vladimirdir.
Ölənlərin ruhu naminə, bu işi müsbət həll elə, başqalarına dərs olsun!
Hacı Vaqif Rəşidov.
…
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına
Surəti:
“Azəriqaz” İstehsalat Birliyinin baş
direktoru Əkbər Hacıyevə
Razılıq olmadan, nə cansızlarda, nə də canlılarda
deşik açmazlar!
Möhtərəm Prezident!
Ziyarətdə olmusunuz, deməli, Siz də Hacısınız. Ona görə də, nəyin halal, nəyin haram olduğunu əzbər bilirsiniz! Əkbərin göstərişinə əsasən, onun işçiləri gəlib, qaz sayğacımızı dəyişməyi söylədilər. Mən də, dedim ki, göstərişə əməl edin. 15-20 dəqiqə keçəndən sonra, məni çağırdılar ki, sayğacda deşik açıblar. Dedim, nə danışırsız, axı, onun blombu var. Onu kim edə bilər? Nə isə, akt tərtib etdilər. Mən qol çəkmədim. Görəsən, hansı əclaf bunu etmişdi. Axı, bizim blombumuz yoxdur. Deməli, Əkbərin göstərişi olmadan, heç kim blombu qıra bilməz.
Tarixdən məlumdur ki, istər canlılarda, istərsə də cansızlarda deşik açmaq üçün, hökmən razılıq əldə edilməli idi. Razılıq olmasa, bu işi yerinə yetirən şəxslər hökmən cinayətə cəlb edilməlidir. Canlıların blombu Allah tərəfindən vurulub, oda onların bakirəliyidir.
Belə bir hadisə cənab Etibar Pirverdiyevin vaxtında da olmuşdu. Komissiya göndərib, yoxlatdırdı və qanunsuz aktı ləğv etdirdi. Axı, bizdə, nə blombir, nə də blomb var. Deməli, bizə şər atmaq düz deyil. Bir də, sayğacı küçədə qoyublar. Biz onu necə qoruya bilərik. Yaxşı olardı, öz işçiləri arasında cinayətkarı axtarsınlar — qanunsuz deşik açan cinayətkarı! Heç olmasa, barmaq izlərini yoxlasınlar.
Bacı oğlu, onu da qeyd etməliyəm ki, vaxt vardı, bizə qaz yerinə hava satırdılar. Bir neçə məktub göndərəndən sonra, nümayəndə göndərdilər. Nümayəndənin iştirakı ilə, 3-4 saat hava gəldi. Belə hadisə hər təmir vaxtı baş verirdi. Ona görə də, özləri bir sasoq qoydular ki, hava sayğacdan yox, oradan çıxsın. Əgər mən harama əl atsaydım, daha sayğacda niyə deşik açırdım, elə şlanqla o sasoqdan levi qazı götürərdim. Əkbər kimilər, xalqın aşağı təbəqəsini ləkələməklə, şər-böhtana salmaqla, Prezidentə və Dövlətə qarşı nifrət oyatmasınlar?! Belələri bilməlidirlər ki, kasıbların pulu olmasa da, namus-qeyrətləri var. Heyf ki, imkanlılar çox şeyi dərk etmirlər. Axı, onların namus-qeyrətlərini də kasıblar qoruyur! Bunu dərk etsələr, onlar xoşbəxt olarlar!
Bacı oğlu, belə məmurlara qarşı amansız olun, biz də, sizinləyik!
Dərin hörmət və ehtiramla,
Hacı Vaqif Rəşidov.
Ünvan:
Pirşağı qəsəbəsi, bağ, 56.
Tel: (012) 551-48-75,
Mob: (055) 779-22-87.
araz.az
araz.az xəbər portalı.