Daha bir deputat icra başçısı olacaq.
Bir neçə gün öncə Milli Məclisin vitse-spikeri, deputat Adil Əliyev Suraxanı RİH-nin başçısı təyin olundu.
araz.az NUH.az-a istinadən bildirir ki, daha bir neçə sabiq deputat icra başçısı təyin olunacaq.
İcra başçısı təyin olunacaq deputatlardan biri də Ülvi Quliyevdir.
Onun Nəsimi RİN-nin başçısı təyin olunacağı gözlənilir.
Məlumat üçün qeyd edək ki, Ülvi Quliyev 1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.
Ü.Quliyev əczaçılıq sahəsində çalışıb. Dövlət Gömrük Komitəsinin şöbə rəisi, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini olub.
2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən (III çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü), 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən(IV çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü), 2015-cu ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (V çağırış)deputat seçilib və Gənclər və idman komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2018-ci ildə Gənclər və idman komitəsinin Sədri seçilib.
2020-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən(VI çağırış- Gənclər və idman,Səhiyyə komitəsinin üzvü)deputat seçilib.
araz.az xəbər portalı.