Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir.
araz.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə keçirilən aksiyada Dövlət Komitəsinin sədri Ramin Məmmədov, VI çağırış Milli Məclisin deputatları Əziz Ələkbərli, Ceyhun Məmmədov, “ASAN Radio”nun direktoru Emin Musəvi, “Türk Hava Yolları” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğlu, 43 qeyri-hökumət təşkilatının üzvləri, idmançılar və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Aksiya iştirakçıları ölkəmizdə Məhərrəm ayında kütləvi olaraq təşkil edilən könüllü qanvermə ənənəsinin əhəmiyyətini vurğulayıblar. Aşura günündə zorakılıq etmək, özünə xəsarət yetirmək əvəzinə qanvermənin daha mütərəqqi bir seçim olduğunu bildirərək, Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi təşəbbüsünün cəmiyyətdə təqdir edildiyini qeyd ediblər. Həmin nəcib ənənənin İslam dininin mahiyyətinə uyğun olaraq xurafat elementlərindən kənar, xalqımızın yüksək mədəniyyətinə uyğun keçirilməsində böyük rola malik olduğunu diqqətə çatdırıblar.
araz.az xəbər portalı.