Bu gün ABŞ-da Respublikaçılar Partiyası noyabrın 5-də keçiriləcək prezident seçkilərində Donald Trampın namizədliyini rəsmən təsdiqləyib.

araz.az xarici mətbuata istinadən xəbər verir ki, o, artıq dövlət başçısı postuna növbəti də iddialı statusa sahiblənib.

Məlumatda deyilir ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə kimi vitse-prezident təyin edəcəyini də müəyyənləşdirib: “Mənim bu posta namizədim Ohayo ştatından senator Ceyms Devid Vensdir. O, bu vəzifəyə ən uyğun adamdır. Onun çox uğurlu karyerası var”.

Bəs, Ceyms Devid kimdir?

1984-cü il təvəllüdlü Ohayo senatoru Vens Ohayoda anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. 2005-ci ildə İraq müharibəsində dəniz piyadası kimi döyüşüb.

Ohayo Dövlət Universitetində ali təhsil alıb.

Maraqlıdır ki, daha əvvəl Trampı tənqid edən və onu “Amerikanın Hitleri” adlandıran Vens Trampı 2022-ci ildə siyasətə gələndən bəri dəstəkləyir.

2022-ci ildə Ohayo senatoru seçilən Vans evlidir və 3 övladı var.

Daxili siyasətdə Vens mühafizəkar baxışları ilə tanınır.

Vens ABŞ siyasətində Ukrayna ilə bağlı şərhləri ilə gündəmə gələn senatorlar sırasındadır.

“Ölkəmi fəxrlə təmsil etmək üçün İraqa getdim, amma oraya çatanda aldatdığını gördüm” deyə bu kimi açıqlamaları ilə ABŞ-ın İraq müharibəsi zamanı siyasətini tənqid edən Vens ABŞ prezidenti Baydenin Ukrayna siyasətinə də qarşı çıxır.

Ukraynanın müharibədə qələbə qazanması üçün kifayət qədər əsgər və texnikaya malik olmadığını iddia edən vitse-prezidentliyə namizəd Bayden administrasiyasını bu sahədə apardığı siyasətə görə sərt tənqid edir.

Ceyms Devid Vance Qəzzadakı savaşa görə İsraili birmənalı müdafiə edən senatorlaırn başında durur.

araz.az xəbər portalı.