Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 003,7 kq qızıl, 1 720,1 kq isə gümüş istehsal edilib.


araz.az
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-ci ilin ilk 6 ayı ilə müqayisədə qızıl istehsalı 2,9% artıb, gümüş istehsalı isə 6,6% azalıb.
Qeyd edək ki, 2024-cü il iyul ayının 1-nə ölkədə 679,1 kq gümüş, 247,7 kq isə qızıl hazır məhsul ehtiyatı yaranıb.
Mərkəzi Bankın bu gün açıqladığı məlumatda  göstərilir ki, qızılın 1 kq-nın qiymət 132 min 251 manat, gümüşün 1 kq-nın qiymət isə 1 697 manat təşkil edir.
Açıqlanan göstəricilərə istinadən apardığımız hesablama göstərir ki, bu ilin ilk altı ayında Azərbaycanda təxminən 133 milyon manatlıq qızıl, 2,9 milyon manatlıq gümüş istehsal edilib.

araz.az xəbər portalı.