…32 ildən sonra, Ali Baş Komandan prezident İlham Əliyev tərəfindən öz halal haqqını alan Milli Qəhrəman Natıq Qasımovun Gəncədəki evində, 82 yaşlı anası Dursun ana, bacıları Kəmalə xanım, Nahidə xanım və Kəmalə xanımın oğlu, 44 günlük II Qarabağ müharbəsinin iştirakçısı, iki oğul atası Elşadla görüşmək olduqca qürurvericidir… Əməkdaşımız Elçin Məmmədli Gəncədə bu ailəni ziyarət edib, geniş reportaj hazırlayıb.
E.Məmmədli özünün fb statusundakı anonsda yazır: “…Şəhid anası statusunu Qəhrəman anası statusuna dəyişən Dursun ana təkbaşına 6 gün ərzində, ac, susuz 100-ə qədər erməni dığasını gəbərdən, sonda 23 nəfər Xocalı sakinini ölümdən xilas etmək üçün təslim olan Natiq Qasımov haqqında danışarkən bircə dəfə də kövrəlmədi. Axı Qəhrəmanın anası da əsl Qəhrəmandır. Mən fəxr edirəm ki, belə Qəhrəman ananın alnından öpmək şərəfinə nail oldum. Natiq Qasımovun bacıları Nahidə xanım, Kəmalə xanım və oğlu Elşad da Natiqlə fəxr etdiklərini və gec-tez Natıqə Qəhrəman adının veriləcəyinə inandıqlarını bildirdilər. Mən belə bir Qəhrəmanın doğmalarının yanında olmağımdan, necə qürur hissi keçirdiyimi sözlə ifadə edə bilmirəm. Allah Natiqə və bütün şəhidlərimizə rəhmət eləsin! Natiq Qasımovun özü və ailəsi ilə görüşüm barədə daha geniş yazı “Təzadlar”qəzetində və saytında yaxın günlərdə dərc olunacaq. Bizi izləyin…”.
 Natiq Qasımovun ailəsi barədə məlumat verən, onların Gəncədəki evinin yerinin və ünvanının tapılmasında yardımçı olan I Qarabağ müharibəsində döyüşən 5 qardaşdan biri, Milli Qəhrəman Fred Asfin qardaşı, I Qarabağ müharbəsinin qazisi Ədalət Məhərrəmova təşəkkür edirik.
E. ŞİRİNOV
e
e

araz.az xəbər portalı.