Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan xarici ölkələrə 904 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.


araz.az
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycan elektrik enerjisini 4 ölkəyə – Türkiyə, Gürcüstan, İran və Rusiyaya satıb.
Bu ölkələrə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:
 – Türkiyə – 10,8 qəpik (420 milyon kVT/saat)
– İran – 4,8 qəpik (14,2 milyon kVT/saat)
– Gürcüstan – 8,6 qəpik (425 milyon kVT/saat)
– Rusiya – 6 qəpik (44,9 milyon kVt/saat)

Məlumat üçün onu da bildirək ki, Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixrac etdiyi kimi, həmin ölkələrdən elektrik enerjisi də idxal edib. Belə ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan xarici ölkələrdən 73 milyon kVt/saat elektrik enerjisi idxal edib. Azərbaycan elektrik enerjisini 3 ölkədən – Gürcüstan, İran və Rusiyadan alıb.
Bu ölkələrdən alınan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:
 – İran – 4,8 qəpik (13,6 milyon kVT/saat)
– Gürcüstan – 11 qəpik (20,6 milyon kVT/saat)
– Rusiya – 4,8 qəpik (38,9 milyon kVt/saat)

araz.az xəbər portalı.