Artıq bir ildir ki, araz.az xəbər portalının əməkdaşları olaraq, sifariş əsasında məhkum həyatı yaşamağa məcbur edilən daha bir soydaşımızın — “SOCAR –AQŞ”-nin qurucusu və sabiq Baş direktoru Ramin İsayevin başına gətirilənlərlə bağlı yazırıq. Yalanlar, uydurmalar,

şər-böhtanlar üzə çıxarılsa da, “dünya heç kəsin vecinə deyil”. Bu azmış kimi, redaksiyamız və əməkdaşları məhkəməyə verilib. Guya, hər şeyi “ağına-bozuna baxmadan” yazmışıq. Di gəl ki, əlimizdə böhtançıları ifşa edəcək elə faktlar, dəlil və sübutlar var ki! Elə, biri də, bu günlərdə əlimizə düşüb. İnkar olunması mümkünsüz həqiqətlər. Ramin İsayevin özü danışır başına gətirilənlərlə bağlı. Məhkəmə prosesi getdiyi, daha doğrusu, məhkəmə işinə müdaxilə etməmək üçün, bu dəfə yalnız məhkum Baş direktorun dediklərini oxucuların diqqətinə çatdırır, bu barədə ətraflı yazıları tezliklə dərc edəcəyimizi bildiririk.

 

 

araz.az xəbər portalı.