Torpaqlarımız işğaldan azad edildikdən sonra bir çox sakinlər öz ata-baba yurdlarına qayıdıblar. Qayıdanlar arasında tanınmı jurnalist Kərim Kərimli də var. Onun Şuşaya qayıdandan sonrakı hekayəsi isə daha fərqli və maraqlıdır. Belə ki, jurnalist Şuşaya qayıtdıqdan sonra istəyən hər kəsi qonaq qəbul edə biləcyini bildirib.
araz.az modern.az-a istinadən xəbər verir ki, Kərim Kərimli deyib ki, bu gün Qarabağda təbiətdən tutmuş aparılan quruculuq işlərinə qədər hər şey mükəmməldir. Qarabağda yaşamaq isə xüsusilə gözəldir.
Onun sözlərinə görə, Şuşaya köçməzdən xeyli əvvəl elan edib ki, Şuşaya qonaq gəlmək istəyənlər əvvəlcədən ona bildirsinlər:
“Çünki siyahı tutub növbəliliyi gözləmək üçün bu lazım idi. O zaman həmin siyahı 500 nəfəri keçmişdi. Amma həyat insanın hərəkətlərini korrektə edir. Mən bura gələndən sonra siyahıda olan insanların çox cüzi hissəsi qonaq gəlmək istədiyini bildirdi. Mən elan etmişdim ki, hər 12-ci qonağıma mükafat verəcəyəm. Demirəm gələnlər hədiyyə üçün gəlir, amma gəlməyə davam edirlər. Artıq mənim gözləmədiyim insanlar qonaq gəlməyə başlayıblar”.
K.Kərimli qeyd edib ki, gələn qonaqları bir neçə kateqoriyaya ayırmaq olar:
“- Mənim dəvət etdiyim qonaqlar;
– Mənə müraciət edib qonaq gəlmək istədiyini bildirənlər;
– Dəvət etmədiyim, yaxud mənə məlumat vermədən gələn adamlar
– İş prosesi ilə əlaqədar qonağım olanlar.
Hazırkı siyahıya görə, 17 iyul 2024-cü il tarixinə qədər 208 nəfər qonağım olub.
Tanınmış qonaqlarım arasında deputat Aqil Abbas, “Vətən Səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, tədqiqatçı alim Nazir Əhmədli, idman jurnalisti Dilavər Nəcəfov, Milli Qəhrəman Ramiz Qəmbərovun böyük qardaşı Hafiz Qəmbərov, Hacı Əkbər Rüstəmov, Hacı Xanoğlan Hüseynov, arıçı Ceyhun Nuriyev, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Yazıçı Elçin Hüseynbəyli, İmdat Avşar, Mehmet Nuri Parmaksız, Ömer Küçükmehmetoğlu, Ataol Bəhramoğlu, “İrs” jurnalının baş redaktoru Musa Mərcanlı, arxeoloq alim Elvin Əliyev, jurnalist Rəhman Bayramlı və digərləri olub”.
Müsahibimiz bildirib ki, bu şəxslər xaricində də öz qohumları, dostları, ailə üzvləri, övladlarının tələbə və iş yoldaşları qonaq olub:
“Qonaqların gəlişi bundan sonra da davam edir. Yeri gəlmişkən, bir az əvvəl görkəmli tarixçi alimimiz zəng etmişdi, onu da dəvət etdim. İki gün əvvəl tibb elmləri doktoru Mübariz Əliyev də qonağım oldu. Bir yerdə nahar etdik, Şuşa şəhərini gəzdik”.
araz.az xəbər portalı.