Avrora Group” MMC-nin vergi borcu yaranıb.
 
araz.az xalq.az-a istinadən xəbər verir ki, şirkətin 5 186 manat dövlətə borcu var. Qeyd: “Avrora Group”un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur.

Xatırlatma: “Avrora Group” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulub. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyoru olan “Avrora Group”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir.  2001-ci ildə “Avrora Group” həm də istehsalçı şirkət kimi tanınmağa başlayıb. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki var.

Qeyd: “Avrora Group”un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, Şirkətin baş direktoru isə Ceyhun Yusubovdur.

Bildirir ki,  “Avrora Group” Bizon markası ilə olan energetik içkiləri cəmiyyətdə insanların sağlamlığına ciddi zərər vurması ilə bağlı məlumatlar var. Həmçinin Harika içkiləridə sağlamlığa ciddi ziyan vurduğu bildirilir.

araz.az xəbər portalı.