“Azərbaycan” qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqovun adı YAP-ın deputatlığa namizədlər siyahısında yer almayıb.
araz.az xəbər verir ki, 119 saylı Ağdam kənd seçki dairəsindən YAP-ın siyahısından Məmmədov İbrahim Raqif oğlunun namizədliyi irəli sürülüb.
İndiyə qədər bu dairənin deputatı Sadıqov Bəxtiyar Yusif oğlu idi.
Akademik Nizami Cəfərovun adı YAP-ın deputatlığa namizədləri siyahısına salınmayıb.
araz.az xəbər verir ki, partiya onun yerinə 108 saylı Ağstafa seçki dairəsindən Kərimov Gülgün Kərim oğlunun namizədliyini verib.
Qeyd edək ki, ötən çağırış parlament seçkilərində Nizami Cəfərovun namizədliyi YAP tərəfindən irəli sürülüb və deputat seçilib.
Elnur Allahverdiyev, Cavid Osmanov, Əliabbas Salahzadə, İqbal Məmmədov, Elşad Mirbəşirli və Mahir Abbaszadəni də adı namizədlər siyahısında yoxdur.
Hazırkı deputatlardan Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın da adı namizədlər siyahısına daxil edilməyib.
Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib.
araz.az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.
Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibbəylinin namizədliyi irəli sürülməyib.
Bundan başqa Səttar Möhbalıyev və VI çağırış Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədovun növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyib.
araz.az xəbər portalı.