Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının keçmiş sədri Ramil Orucov hakim partiyanın 1 sentyabr parlament seçkilərində irəli sürdüyü namizədə rəqib olacaq.
Həmin dairədən hakim partiya deputat Müşfiq Cəfərovu irəli sürüb.
araz.az-ın xəbərinə görə, Ramil Orucov namizədliyini 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsindən elan edib.
Qeyd edək ki, Ramil Orucov Gəncə Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə də çalışıb.
araz.az xəbər portalı.