Millət vəkili Fazil Mustafa Şuşadan paylaşım edib.
araz.az xəbər verir ki, o, feysbukda yazdığı postda Şuşadakı yeniliklərdən heyrətləndiyini bildirib.
“Şuşada bir il öncə olmuşdum. Bu qədər sürətli dəyişikliklər heyrətləndirdi məni. Gecəli-gündüzlü iş gedir, şəhər yenidən tikilir, binaların çoxusu bərpa olur. Əsas odur ki, qaynayan-coşan canlı həyat var burada. Xankəndi, Xocalı, Əsgəran, Ağdam… Nəhəng masştabda işlər gedir. Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan. Bu qədər yolu, tuneli, dəmiryol xəttini necə sistemli şəkildə yaratmaq olarmış. İlahi, bir dövlətin varlığı, gücü nə qədər dəyərli sərvət imiş. Bu ölkənin başçısının gözü, baxışı sanki hər bir daşın, hər bir cığırın, hər bir evin, hər bir bulağın üzərindədir, hamısını Azərbaycan üçün yenidən diriltmək üçün qaynayır. Hər yerdə Azərbaycan yenidən qurulur. Erməni qoxusu itməkdədir bu torpaqlardan. Qarabağın ruhunu adam bütöv şəkildə içində canlandıra bilir. Bundan sonra Qarabağı, Naxçıvanı, bütövlükdə isə Azərbaycanı düşməndən qoruyacağımıza əminəm, əsas vəzifəmiz öz naşükürlüyümüzdən, biganəliyimizdən, vətəndaşsızlığımızdan bu sərvəti, bu neməti qorumaqdır”, – deyə Fazil Mustafa qeyd edib.
araz.az xəbər portalı.