Tanınmış jurnalist, 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürən Fuad Abbasov imzatoplama kampaniyasına başlayıb.
araz.az xəbər verir ki,bu barədə F.Abbasov məlumat və görüntü yayıb.
O bildirib ki, əsas rəqibləri Zahid Oruc və Natiq Cəfərlidir.
Qeyd edək ki, Fuad Abbasov 2020-ci il 9 fevral seçkilərində də 33 saylı Xətai birinci seçki dairəsindən namizəd olmuş, Hüseynbala Mirələmovla mübarizə aparmışdı. H.Mirələmovun lider olduğu dairədə seçki nəticələri qanunsuzluqlara və saxtakarlığa görə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv etmişdi.
araz.az xəbər portalı.