Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə deputatlığa namizəd olmaq üçün 806 nəfər dairə seçki komissiyalarına müraciət edib.
araz.az xəbər verir ki,bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünki iclasında bu qurumun rəhbəri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, 532 şəxsin namizədliyinin irəli sürülməsi artıq təsdiq edilib.
451 namizəd qeydiyyat üçün tələb olunan 450 seçici imzasını yığmaq üçün imza vərəqələrini alıb.
31 namizəd imza vərəqələrini qaytarıb, 4 namizəd artıq qeydiyyatdan keçib.
Eyni zamanda, 25 siyasi partiyanın 585 səlahiyyətli nümayəndəsi qeydiyyatdan keçib.
araz.az xəbər portalı.