Süni intellektin əmək bazarına təsiri nəticəsində xeyli sayda insan iş yerini itirəcək.ara

araz.az oxu.az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, süni intellektin əmək bazarına təsiri nəticəsində 85 milyon insan iş yerini itirəcək:

“Buna baxmayaraq, müasir tələblərə uyğun 97 milyon yeni iş yeri açılacaq. Bu gün əmək bazarında xeyli sayda ixtisassız işçi qüvvəsi var”.

araz.az xəbər portalı.