Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhid ailələri və qazilərlə görüş keçirib.

 

araz.az xəbər verir ki, görüşdə çıxış edən Rayon İcra  Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 44 günlük müharibədə əldə edtiyimiz qələbədən ətraflı danışıb, Azərbaycan Ordusunun əks-hücuma keçərək işğal altındakı torpaqlarımızı azad etməsindən, son 200 il ərzində ilk dəfə olaraq əzəli düşmən üzərində parlaq qələbənin əldə edilməsindən bəhs edib.

O vurğulayıb ki, vətən müharibəsi və sonrakı dövr ərzində ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə, həm də bacarıqlı sərkərdə kimi göstərib. Qazanılan qələbədə ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığını, şəhid və qazilərimizin şücaətini ehtiramla qeyd edən natiq döyüşlərdə şəhid olmuş vətən övladlarının ruhu qarşısında baş əydiyini, şəhid ailələrinin və qazilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlayacağını bildirib.

İki saat çəkən, açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailə üzvlərini və qazilərini narahat edən məsələlər dinlənilib, həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib. Şəhid ailə üzvləri və qazilər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


araz.az xəbər portalı.