“AXP- dən namizəd irəli sürülmüş Temirxan Əvəz Bəbirxan oğlu imza vərəqlərini almasına baxmayaraq imza toplaya bilmir. Çünki Beynəlxalq Bankın Binəqədi şöbəsi onun fərdi maliyyə hesabını açmır ki, Əvəz Temirxan  hansısa sistemdə mövcud deyil”.

araz.az xəbər verir ki, mia.az-ın qeyd etdiyinə görə, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sosial media hesabında yazıb.

Onun sözlərinə görə,  Əvəz  Bəbirxan oğlu Temirxanın mövcudluğu, qeydiyyatı və sair məlumatları barədə DİN- nin möhürlü arayışı təqdim edilsə də, Bank yenə də problem yaratmaqdan vaz keçməyib: “Günlər keçir, imza toplamaq üçün ayrılan müddət birtməyə doğru gedir, vətəndaşın seçki hüququ kobud şəkildə pozulur, Bank işçiləri nə edək sualına çiyinlərini çəkir…”.

Xatərladaq ki, Əvəz Temirxan az əvvələ qədər Lalə Şövkətin lideri olduğu Liberal Partiyanın sədri olub. Partiya bir neçə ay əvvəl fəaliyyətinə xitam verib.

araz.az xəbər portalı.