İzmirdən Bakıya gələn aparıcı Fəxriyyə Lilpar uçuşun gecikməsindən şikayətlənib.

araz.az
axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, ötən gün dünya üzrə “Windows 10” əməliyyat sistemi ilə işləyən cihazların işində xəta baş verməsi səbəbindən təyyarə gecikib:

“Məlum səbəblər, dünyada yaranan problemi və üstəlik İzmirdə baş verən meşə yanğını bizi 5 saat hava limanında saxladı. Baxmayaraq ki, təyyarəyə yeni yerləşdik, gərgin, həyəcanlı anlar yaşadıq. Sağ-salamat çataq, inşallah”.

Qeyd edək ki, dünya üzrə “Windows 10” əməliyyat sistemi ilə işləyən cihazların və sistemlərin işində xəta baş verib. Xəta hava limanları, aviaşirkətlər, bank, mobil operatorların işinə təsir edib. Belə ki, xəta səbəbindən “American Airlines”, “United Airlines”, “Delta Airlines” və “Frontier Airlines” kimi nəhəng şirkətlər uçuşların dayandırıldığını açıqlayıb. Bununla yanaşı, Türkiyənin “Turkish Airlines” və “SpiceJet” aviaşirkətlərində də biletlərin bron edilməsi ilə bağlı problemlər yaranıb.

araz.az xəbər portalı.