“Mənim heç kimə borcum yoxdur. Bu barədə iddialar doğru deyil”.
araz.az bildirir ki,bunu gununsesi.info-ya açıqlamasında YAP-ın Qubadan olan deputatlığa namizədi Əlibala Məhərrəmzadə deyib.
O, barəsində olan iddiaları təkzib edib.
Bununla belə Əlibala Məhərrəmzadə bildirib ki, deputat seçiləcəyi təqdirdə biznes fəaliyyətini dayandıracaq: “Əgər seçilərəmsə,biznesimi təhvil verəcəyəm”.
Qeyd edək ki, saytımızda dərc olunan “YAP-ın deputatlığa namizədi külli miqdarda borc içindədir” başlıqlı xəbərində Qubadakı “Şahdağ Turuskavets” Sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadənin bir neçə milyon manat borcu olmasından bəhs olunur.
araz.az xəbər portalı.