Alqis Hesenoglu2006201801

Sabiq deputat, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu sosial şəbəkədə Azərbaycan qəzetlərindən birinin maraqlı saxtakarlığı haqda status paylaşıb.

“AzPolitika.info”nun məlumatına görə, keçmiş baş redaktor eyni məqalənin son bir ildə 6 aylıq fasilələrlə 3 deputatın imzasıyla dərc olunduğunu bildirib.

A.Həsənoğlu yazır: “Sosial şəbəkələr yazılı mətbuatı sıxışdırır. Bu, başadüşüləndir. Amma heç kim məsuliyyət hissini itirməməli və bundan sui-istifadə etməməlidir…
Bu o demək deyildir ki, heç kim qəzet oxumur.

Nə ilə rastlaşsam yaxşıdır?

Bir il əvvəl qəzetlərin birində bir millət vəkilinin imzasıyla dərc olunmuş məqalə 6 ay əvvəl elə həmin qəzetdə başqa bir millət vəkilinin, bir neçə gün bundan əvvəl isə yenə həmin qəzetdə başqa bir millət vəkilinin imzasıyla dərc olunub…

Biabırçılıqdır!”

Bu biabırçılığı edən hansı qəzetdir və saxtakarlığa şərik olan deputatlar kimlərdir?

Suala cavab tapmağa çalışırıq…

V.Nəsibov

araz.az xəbər portalı.