2024-cü ilin birinci yarısında (yanvar-iyun) 136 milyon 949 min dollar dəyərində 114 min 247 ton pomidor ixrac olunub.
Bu barədə araz.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2023-cü ilin eyni dövründə Azərbaycandan 120 milyon 730 min dollar dəyərində 108 min 118 ton pomidor ixrac edilmişdi.
Beləliklə, pomidor ixracı 2024-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 16 milyon 220 min dollar və ya 13,4%, miqdar ifadəsilə 6 min 128 ton və ya 5,7% artıb.
araz.az xəbər portalı.