Kürdəmir rayonunun Şüşün kənd sakini Pərviz Tahir oğlu İbrahimli dövlət rəhbərindən tutmuş, ölkənin digər rəhbər şəxslərinə, eləcə də bir sıra əlaqədar dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, Bələdiyyələrlə İş üzrə Baş İdarənin rəhbərlərinə, həmçinin Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısına, rayon prokuroruna, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin rəisinə, Kürdəmir Rayon və Köhünlü Kənd bələdiyyələrinin sədrlərinə maraq doğuran şikayət xarakterli Müraciət ünvanlayıb. Kənd sakini bu şikayətinin surətini ölkənin bir sıra nüfuzlu media vasitələri ilə bərabər, “Araz” Media Qrupunun tərkibindəki araz.az xəbər portalının redaksiyalarına da göndərib. Şikayətçinin Köhünlü Bələdiyyəsinin və Əmlak Məsələləri Dövlət Xidmətinin adını yuxarıda çəkdiyimiz regional şöbəsinin rəhbər şəxsləri və əməkdaşlarının qanunsuz bəd əməllərini özündə əks etdirən həmin Müraciətini olduğu kimi oxucularımızın da diqqətinə çatdırırıq:
“Azərbaycanın dördüncü hakimiyyətinin inanılmış nümayəndələri olaraq, Sizin dəstəyinizə böyük ehtiyacım var. Çoxları kimi, mənim də səsim möhtərəm cənab Prezidentimizə çatmır. İnanıram ki, ucqar bir kənddə baş verən və hər addımda rastlaşdığımız, çoxdandır canımızı boğazımıza yığan çoxsaylı qanunsuzluqlar Sizin sayənizdə tezliklə aradan qaldırılacaq: Axır ki, kəndimizin barbar bələdiyyə başçısı ilə bərabər, onun özlərini qanundan üstün tutan havadarları da, cəza məngənəsindən canlarını qurtara bilməyəcəklər.
Bildirmək istəyirəm ki, Köhünlü Bələdiyyəsinin sədri Azər Ağayevin ölçüyəgəlməz özbaşınalıqları barəsində lazımi qurumlara dəfələrlə məlumat vermişəm. Xüsusi olaraq bildirmişəm ki, bu bələdiyyə qurumunun kənddə yaşamayan elə üzvləri var ki, illərdi iclaslarda iştrak etmirlər. Həmçinin onu da xüsusi olaraq bildirmişəm ki, Azər Ağayev bələdiyyə statusu haqqında mövcud qanunlarımızın tələblərinə əməl etmir və seçicilərə vaxtaşırı hesabat vermir. Bu azmış kimi, o, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müxtəlif məqsədlər üçün, mülki dövriyyəyə cəlb edilən
torpaqlar barədə də, əhalini məlumatlandırmaq istəmir. Bunun nəticəsidir ki, bununla yanaşı, bələdiyyəyə məxsus yüz hektarlarla torpaq sahəsi də, nəyinsə müqabilində, qanuni hərrac nəticələri və icarə müqavilələri olmadan istifadəyə verilib.
Elə, göz önündə baş verən bu məlum qanunsuzluqlara və özbaşınalıqlara görə də, yuxarılara məktub göndərib, aşağıdakıları xahiş etmişdim:
— Kürdəmir rayon, Köhünlü kəndi ərazisindəki bələdiyyə torpaqarının sahə ölçüləri və yerləşmə yerləri ilə bağlı məlumatın təmin edilməsini;
— Köhünlü Bələdiyyəsinin ərazisindəki qanuni icarə
müqaviləsi olan torpaqlar barəsində seçicilərə məlumatverilməsini;
— Bələdiyyə ərazisində yüz hektarlarla torpaq sahəsinin qanunsuz istismar olunmasına dair Cinayət
Məcəlləsinin 188-ci maddəsinin tələblərinə uyğun hüqquqi addımların atılmasını;
4. Qeyri-qanuni istismarda olan torpaqların dövriyyəyə qaytarılaraq, hərraca çıxarılmasını;
5. Torpqaların qeyri-qanuni istifadəyə verilməsinə görə,
inkarolunmaz korrupsiya faktlarının araşdırılmasını…
Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, 10.07.2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin əməkdaşları torpağa baxış keçirərək, Akt tərtib ediblər. Qeyd edim ki, onda, baxış zamanı həmin torpaqlara dair heç bir sənəd təqdim edilmədi. Həmçinin ölçülər aparılan zaman belə, əmlak mütəxəssisləri ərazilərə dair sənəd aşkar edə bilmədilər. Lakin mənə Akt təqdim edilərkən, tərtib edilən bu rəsmi sənədin tam qanunsuz və saxta faktlarla dolu olduğunu gördüm. Qarşı tərəf həmin Akta imza atmayacağım təqdirdə, qəti şəkildə onun surətini əldə edə bilməyəcəyimi dedi. Bu fakt əmlak mütəxəssisinin üzərindəki video-müşahidə cihazından da, təyin edilə bilər. Aktı əldə etmək üçün imza atdım. Qarşı tərəfə tərtib edilən bu Aktdan şikayət edəcəyimi bildirdim. Tərtib edilmiş həmin Aktda
(Akt məktuba əlavə edilib) olan qanunsuzluqları bir-bir qeyd etmək istərdim:
1. Aktda, 15 hektar torpaq sahəsinin 26 avqust, 2007-ci il tarixində, bələdiyyə qərarı və eyni tarixli icra müqaviləsi ilə, Rüstəmov Zəmanət Fətalı oğluna icarəyə verildiyi qeyd edilib. Buradan belə çıxır ki, bu şəxsin icarə müqaviləsi 2032-ci ildə bitir. Halbuki, qeyd edilən ərazinin 22 hektarı, 906012001114 nömrəli çıxarışla, 1 avqust, 2024 tarixində hərraca çıxarılıb. Bu fakt tərtib edilən Aktın saxta olması barəsində əsaslı dəlildir.
2. Aktda qeyd edilib ki, 19.30 hektar torpaq sahəsi Zülfüqarov Hüseyn Ədalət oğlunun icarəsindədir. Halbuki, 906012001064 nömrəli bu torpaq sahəsi 11 oktyabr, 2023-cü tarixində hərraca çıxarılıb və ölçüsü aparılan yerdə yerləşmir. Ümumiyyətlə, bu torpaq sahəsi tamamilə başqa adama məxsusdur.
3. Yuxarıda göstrilən faktlar, birbaşa, Alıyev Etibar Alı oğlunun və Şahverdiyev Həsrət Murad oğlunun istifadəsində olan torpaq sahələrinə də birbaşa aiddir.
4. Ölçüsü aparılmış torpaq sahəsinin ümumi ölçüsü 120 hektar olduğu halda, yuxarıda qeyd edilən sənədlərdə 68.34 hektar sahə barəsində məlumat var. Qalan torpaq sahələri barəsində isə, heç bir məlumat yoxdur.
5. Mənim təqdim etdiyim digər sahələr haqqında məlumatlar da, həmin Akta daxil edilməyib…
Bütün faktlar göstərir ki, Kamil Həsənli təsir dairəsinə düşüb və ədalət prinsiplərini unudub. Qeyd edim ki, ölçü aparılan zaman, bələdiyyə sədri torpaq sahələrinin sənədi olmadığını görərək, “konsert verdi”. Səsini başına ataraq, məni provokasiyaya
çəkməyə cəhd etdi. Bu səbəbdən də, qanunsuz istismar olunan digər torpaq sahələrini əmlak mütəxəssislərinə təqdim edə bilmədim. Bunu nəzərə alaraq, aşağıdakıları xahiş edirəm:
— Xahiş edirəm ki, ədalətin bərpası üçün, əraziyə paytaxt Bakıdan əmlak mütəxəssisləri ayrılsın;
— Bələdiyyəyə məxsus bütün torpaq sahələrinin sənədləri yoxlanılsın;
— Təkrar ölçü aparılan zaman, Kürdəmir RPŞ-dən içtimai asayişi qorumaq üçün, polis dəvət edilsin;
— Tərəfimdən təqdim edilmiş kordinatlarla ölçü zamanı təqdim edilmiş 906013033032, 906013033033, 906013033034, 906012000745, 906012000746, 906012001064
saylı çıxarışlardakı koordinatların uyğunluğu yoxlanılsın;
— Media qurumlarının bütün ölçü prosesində iştirakı təmin edilsin…
Yeri gəlmişkən, həmin Aktda həmçinin qeyd edilirdi ki, Kürdəmir rayonunun Köhünlü kəndi ərazisindəki bələdiyyə torpaqlarının sahə ölçüləri və yerləşmə yerləri barədə məlumatın təmin edilməsi üçün, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinə belə bir müraciət ünvanlamalıyam:
“Hörmətli Ucar Ərazi Şöbəsinin rəhbərliyinə! Sizdən rəsmi şəkildə xahiş edirəm ki, yuxarıda qeyd edilən torpaqların sahə ölçüləri və yerləşmə yerləri barədə məlumatın təmin edilməsi üçün, rəsmi tələbimi icra edəsiniz!”.
Bununla yanaşı, həmin Aktda qeyd edilib ki, Köhünlü Bələdiyyəsinin ərazisində
qanuni icarə müqaviləsi olan torpaqlar barəsində məlumat verilməsi üçün, bu bələdiyyə qurumuna aşağıdakı kimi rəsmi müraciət etməliyəm:
“Hörmətli Azər Ağayev!
Sizdən onu xahiş edirəm ki, Köhünlü Bələdiyyəsi
ərazisində qanuni icarə
müqaviləsi olan torpaqlar
barəsində mənə rəsmi məlumat verəsiniz!”.
Di gəl ki, bütün bu deyilənlərin də, müsbət bir nəticəsi olmadı. İnanıram və tam əminəm ki, mətbuat orqanları bu qanunsuzluqları işıqlandırdıqdan sonra, bütün göstərilən problemlər qanuni yolla həllini tapacaq.
Sonda demək istəyirəm ki, sənədsiz olan bələdiyyə torpaqlarının xəritəsini də, məktubuma əlavə etmişəm”.
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.