ABŞ Prezidenti Co Bayden prezidentlik uğrunda yarışdan çəkildi.

“Sizə prezident kimi xidmət etmək mənim üçün ən böyük şərəf idi. Yenidən seçilmək niyyətində olsam da, əminəm ki, yarışdan geri çəkilsəm və prezident səlahiyyətlərimin qalan hissəsini yerinə yetirməyə diqqətimi cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olar”, – o bildirib.

Bayden vitse-prezident Kamala Harrisin namizəd kimi irəli sürülməsini dəstəkləyib.

COVİD-19, yoxsa məğlubiyyət qorxusu?

C.Baydenin namizədliyini geri götürməsi diqqət çəkir. Belə ki, onun bir müddət öncə COVİD-19-a yoluxduğuna dair xəbər yayıldı. Hazırda COVİD-19-dan sağalmaq üçün Bayden Delaver ştatındakı evində özünü izolyasiya edib. O, bütün müzakirələrini telefon vasitəsilə həyata keçirib.

Co Bayden

Əslində, bütün bunlar gözdən pərdə asmaq üçün hazırlanan bəsit bir şoudur. Yəni sanki Bayden xəstəlik səbəbindən geri çəkilir. Reallıq isə  fərqlidir. Belə ki, ABŞ prezidenliyinə namizəd, eks-prezident Donald Trampa qarşı təşkil sui-qəsd seçki prosesinə ciddi təsir edib. Hadisə Trampı qorxutmadığı kimi, reytinqini də yüksəldib. Belə olan halda qoca Bayden və demokratlar onunla mübarizə apara bilməyəcəyini yaxşı anlayır. Əslində, Baydenin bundan sonra edə biləcəyi bir şey də yox idi, amma demokratlar yaxşı taktikaya əl atdılar.

Kod adı: Kamala Harris

Baydenin seçkidən geri çəkilməsi və vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürməsi kifayət qədər uğurlu taktikadır. Bu gedişin əsas səbəbi sırf Trampın reytinqinin kəskin artması ilə bağlıdır. Baydenin seçkidən çəkilmə qərarı Trampa təşkil edilən sui-qəsdi kölgədə qoydu. Üstəlik Kamala Harrisin namizəd olması seçki yarışında balansı yenidən eyniləşdirdi.

Kamala Harris, Hillary Clinton Raise $6M for Biden Campaign in

Kamala Harris və Hillari Klinton

Harris seçiləcəyi təqdirdə ölkənin ilk qadın prezidenti olacaq. Belə ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Trampın rəqibi yenə bir qadın namizəd olan Hillari Klinton idi. Lakin hazırda vəziyyət tam fərqlidir. Yəni Kamala Harrisin şansı Hillari Klintondan daha çoxdur. ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi dəstəkləyiblər. Lakin qarşıda aylar var. Kamala Harris Trampı üstələmək üçün çox çalışmalıdır. Xüsusilə Baydenə görə demokratlara küsən cənub ştatlarının dəstəyini almaq mütləqdir. Bundan başqa, Trampın reytinqini aşağı salacaq faktları tapıb, ictimaiyyətə sızdırmaq lazımdır.

Turan RZAYEV,
politoloq.

araz.az xəbər portalı.