![](https://araz.az/sekiller/2024/07/nerimanov.jpg)
Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının sədri Təmraz Tağıyevin təşəbbüsü ilə Nərimanov rayonunda yaşayan Qərbi Azərbaycan əsilli şəhid ailələrinin iştirakıyla görüş keçirilib.
araz.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə icmanın sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli, Respublika Ağsaqqallar Şurasının üzvü Vahid Novruzov, Ağsaqqallar Şurası Nərimanov təşkilatının sədri, şəhid atası Arif Hümbətov, şəhid ailələləri və Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının üzvləri iştirak ediblər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan övladların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.
Tədbirin icmanın Nərimanov təşkilatının təşəbbüsü ilə keçirildiyin qeyd edən Əziz Ələkbərli Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarını diqqətdə saxladığını, verilən müvafiq sərəncam və qərarlar vasitəsilə bu təbəqədən olan şəxslər, onların ailələrin maddi, sosial durumunun hər zaman yüksəldiyini bildirib. Mənfur ermənilərin Qərbi Azərbaycandan – öz yurd-yuvasından didərgin saldıqları insanların Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirakını, habelə qəhrəmanlıq göstərib canlarını fəda etmələrini dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Əziz Ələkbərli bir daha analara təşəkkür edərək bu qələbəni onlara borclu olduğumuzu bildirib. Əziz Ələkbərli Nərimanov rayon təşkilatının rəhbəri Təmraz Tağıyevə şəhid və qazi ailələrini daim diqqətdə saxladıqlarına görə təşəkkürünü bildirərək Vətənimizin müdafiəsi uğrunda canını fəda etmiş oğulları unutmayacaqlarını vurğulayıb.
Görüşdə Respublika Ağsaqqallar Şurasının üzvü Vahid Novruzov, Ağsaqqallar Şurası Nərimanov təşkilatının sədri, şəhid, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur Nudrəliyevin həyat yoldaşı Nazilə Nudrəliyevə və digər natiqlər çıxışlarında ölkəmizdə şəhid və qazi ailələrinə göstərilən qayğı və diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirməklə, bu işdə zəhməti olan insanlara, xüsusəndə Nərimanov RİH-nin fəaliyyətinə yüksək qiymət veriblər.
“Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində Qarabağımıza qayıtdığımız kimi, hər bir Qərbi Azərbaycanlı doğma torpaqlara qayıdacağı günü səbrsizliklə gözləyir” – bu fikirləri tədbirin təşkilatçısı, icmanın Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev öz çıxışında bildirib.
Təşkilat rəhbəri qeyd edib ki, icmada təmsil olunan şəhid və qazi ailələri Nərimanov rayon rəhbərliyinin onlara göstərdiyi qayğı və diqqətdən razılıqlarını ifadə edirlər. Təmraz Tağıyev həmçinin çıxışında bildirib ki, icmada təmsil olunan şəhid və qazi ailələri, müharibə iştirakçıları hər bir dövlət orqanının, o cümlədən rayon prokurorluğunun onların qayğılarıyla yaxından maraqlanmaları arzusundadırlar: “İnanırıq ki, şəhid və qazi ailələrinin bu arzu və istəkləri hər bir dövlət orqanı kimi bundan sonra da adıçəkilən qurumun diqqət mərkəzində olacaqdır”.
Tədbirin sonunda iştirakçılara icmanın üzvlük vəsiqələri təqdim edilib.
![](https://qafqazinfo.az/uploads/1721625077/49288d2b-4cff-466c-b514-f97f777efafe.jpg)
![](https://qafqazinfo.az/uploads/1721625077/b2716377-22e5-4ff2-bec0-50f70699c6ce.jpg)
![](https://qafqazinfo.az/uploads/1721625077/ccdf61eb-b470-4109-b1bc-5c7f8d966a55.jpg)
![](https://qafqazinfo.az/uploads/1721625077/f6c71c7f-d736-490b-b98b-8bfbe0bcdf0a.jpg)
![](https://qafqazinfo.az/uploads/1721626040/3f04546d-41ce-446d-b0f5-4230088e8dab.jpg)
![](https://qafqazinfo.az/uploads/1721626040/5afcd16e-d103-4511-8fdd-40c18d6642e1.jpg)
![](https://qafqazinfo.az/uploads/1721626040/7fc3af4c-5b75-4acb-92a4-d1aeea7d5911.jpg)
araz.az xəbər portalı.