Şikayətimiz Azərbaycan Dövlət İqtisad Universitetindəndir”.

araz.az dia-az.info-ya istinadən xəbər verir ki, bu barədə həmin redaksiyaya edilən müraciətdə xüsusi olaraq qeyd olunur.

Tələbələrin adından ünvanlanan müraciətdə daha sonra bildirilir: “Dərbənd filialının diplomları verilmir. Niyə verilmir? Səbəb?

Keçən il, yəni 2023-cü ildə bitirən məzunların hələ də diplomlarını verməyiblər.

Biz magistraturaya qəbul olmuşuq… bizdən bakalavr diplomunu tələb edirlər və əks halda magistr təhsilindən azad edəcəklər.

UNEC-ə müraciət etdikdə ki diplomlar niyə verilmir, səbəbin isə deyirlər ki təhsil nazirliyinə müraciət edin diplom məsələsi onların problemidir, bizə diplom versinlər ki biz də sizə təqdim edək…

Universitetə sual veririk, bu il bitirən tələbələr, yəni 2024-cü ilin məzunları diplomlarını nə zaman alacaq? deyirlər ki 2025 və ya 2026-cı ildə.

Təhsil nazirliyinə müraciət edirik, deyirlər, universitetlə əlaqə saxlayın.

Açıq özbaşnalıqdır, dəqiq məlumat verən yoxdur

araz.az xəbər portalı.