Xalq artisti Bilal Əliyev sosial şəbəkədə yayılan videosuna aydınlıq gətirib.
araz.az axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən müğənni bildirib ki, musiqiçinin üstünə spirtli içki tökdüyünü əks etdirən görüntülər 2 il əvvəl çəkilib. B.Əliyev bu hərəkəti etməsinin səbəbini açıqlayıb:
“Hadisədən 1 gün əvvəl bir tədbirdə həmin şəxslə oturmuşduq. Orada kostyumdan danışanda başa saldım ki, əynimdəkini İngiltərədən gətizdirmişəm, qiyməti 18 mindir. Səhəri məni bir yerə qonaq çağırdılar. Dedi ki, siz oxuyanda bizim dostların oturduğu masaya yaxınlaşın. Yaxınlaşanda gördüm ki, ofisiant dörd badə pivəni qəsdən əyib üstümə tökdü. Qoxusu pisdir, ondan sonra onu geyinmək mümkün deyil. Əsəbiləşdim. Baxdım ki, həmin masada oturanlar güldü. Mən də yarım stəkan pivəni tökdüm onun üstünə ki, indi gör sən onun iyinə otura bilirsən? Mənim üstümə 4 stəkan pivə tökdürdün, özün yarımın nə iy verdiyinə bax”.
araz.az xəbər portalı.