İyulun 17pdə Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı Tarzan Şamilov avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra maşından enən Ə. Ərəbovu avtomobillə vurmasında şübhəli bilinir.

araz.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində almış olduğu xəsarətlərdən 1 gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və hazırda ibtidai istintaq Goranboy rayon prokurorluğunda davam etdirilir.

Qeyd olunub ki, istintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə zamanı ölən şəxs kriminal alımdə “Kürd Amo” ləqəbi ilə tanınırdı.

****

İyulun 17-də Goranboyda 40 yaşlı piyada avtomobilin altında qalaraq vəfat edib.

araz.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Veyisli kəndində qeydə alınıb.

“Ford Fusion” markalı minik maşını ilə hərəkətdə olan Tarzan Şamilov həmkəndlisi Əhməd Ərəbovu vurub. Ağır xəsarət alan Ə.Ərəbov xəstəxanada ölüb.

Əldə etdiyimiz ilkin məlumata görə, mərhum Əhməd Ərəbov kənddə “Kürd Amo” kimi tanınıb. O, 3 il əvvəl külli miqdarda qanunsuz narkotik dövriyyəsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

“Kürd Amo”nun yaxınları və şahidlər iddia edir ki, qohumu Tarzan Şamilov hadisəni qəsdən törədib. Belə ki, sürücünün maşınla mərhumun üstündən bir neçə dəfə keçdiyi də deyilir.

T.Şamilov artıq polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaq bütün iddialarla bağlı araşdırma aparır.

***

Kriminal aləmdə “Kürd Amo” kimi tanınan Əhməd Ərəbov Azərbaycanda öldürülüb.

araz.az metbuat.az-a istinadən xəbər verir ki, Ə. Ərəbov Goranboy rayonunda xüsusi amansızlıqla qətlə yetirilib.

“Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun tərəfdarlarından olduğu deyilən Əhməd Ərəbovun ölümünə torpaq üstə mübahisə səbəb olub.

Məlumata görə, “Kürd Amo” ilə Goranboy rayon sakini T. Şamilov rayon ərazisində torpaq sahəsinə görə mübahisə edib. Mübahisədən bir müddət sonra T. Şamilovla Ə. Ərəbov rayon ərazisində qarşılaşıb. Onlar mübahisəni davam etdirərkən T. Şamilov idarə etdiyi avtomobillə Ə. Ərəbovu vurub. Bununla ürəyi soyumayan T. Şamilov idarə etdiyi avtomobillə, yaralı vəziyyətdə yerdə uzanan Ə. Ərəbovun üstündən bir neçə dəfə keçərək onu öldürüb. Hadisəni törədən sürücü ərazidən qaçıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan T. Şamilov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

araz.az xəbər portalı.