Xəbər verdiyimiz kimi, SOCAR-ın hansısa bir şirkətinin əməkdaşı olmuş Baqiyev İlyas Knyaz oğlunun ötən ilin payızında verilmiş iddiasına dair Bakı şəhər Yasamal rayon Məhkəsəinin

(İş № e-2(004)-402/2024 23.07.2024-cü il, hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə) iddiasına dünən iyulun 23-də baxılmışdır. Dünənki iş üzrə «Təzadlar» qəzetinin apellyasiya şikayətinə dair müddətin bərpası şikayətinə münasibət bildirilmişdir. Beləliklə, dünənki iclasda belə bir qərar qəbul edilmişdir:

«…Baqiyev İlyas Knyaz oğlunun nümayəndəsi və vəkili Mustafayev Natiq Məhəmməd oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)-402/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu (Mərzili) tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

– İddiaçı Baqiyev İlyas Knyaz oğlu cavabdeh “TƏZADLAR” qəzetinə qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “TƏZADLAR” qəzetinin iddiaçı Baqiyev İlyas Knyaz oğlu barədə dərc etdiyi məlumatları öz internet saytinda təkzib etməsi və üzr istəməsi, cavabdeh “TƏZADLAR” qəzetindən 5100 (beş min yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması və bu məbləğin “YAŞAT” Fondunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “TƏZADLAR” qəzetinin iddiaçı Baqiyev İlyas Knyaz oğlu barədə dərc etdiyi məlumatları öz internet saytinda təkzib etməsi və üzr istəməsi, cavabdeh “TƏZADLAR” qəzetindən 5100 (beş min yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması və bu məbləğin iddiaçı Baqiyev İlyas Knyaz oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)-402/2024 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “TƏZADLAR” qəzetinin 20.10.2023- cü il tarixli buraxılışında dərc edilmiş “SOCAR-ın Geofizika və Geologiya İdarəsində müəmmalar-yenilənir” adlı məqalədə Baqiyev İlyas Knyaz oğlunun barəsində yazılmış məlumatların Baqiyev İlyas Knyaz oğlunun işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumat hesab olunmaqla cavabdeh “Təzadlar” qəzetinin üzərinə “TƏZADLAR” qəzetinin 20.10.2023-cü il tarixli buraxılışında dərc edilmiş “SOCAR-ın Geofizika və Geologiya İdarəsində müəmmalar-yenilənir” adlı məqalədə Baqiyev İlyas Knyaz oğlunun barəsində yazılmış məlumatlar həqiqətə uyğun deyildir” məzmununda təkzib vermək vəzifəsinin qoyulması, dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdeh “TƏZADLAR” qəzetindən 500 (beş yüz) manat məbləğində pulun tutularaq iddiaçı Baqiyev İlyas Knyaz oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.  Cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu 03 may 2024-cü il tarixdə qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş və apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.05.2024-cü il tarixli 2(103)-3527/2024 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)- 402/2024 nömrəli qətnaməsindən cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.07.2024-cü il tarixli, e-2(004)-402/2024 saylı qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumu natamam ödənildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli e[1]2(004)-402/2024 saylı qətnaməsindən cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu 22.05.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)-402/2024 saylı qətnaməsindən apellyasiya şikayəti də vermişdir. Cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 15.05.2024-cü il tarixli 2(103)-3527/2024 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)- 402/2024 nömrəli qətnaməsindən cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)- 402/2024 saylı qətnaməsi ona 17 aprel 2024-cü il tarixdə təqdim edilmişdir. Həmin qətnamədən 02 may 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin dövlət rüsumunu 50 manat ödəmək əvəzinə 37 manat ödəmişdir. Buna görə də yenidən apellyasiya şikayəti verilən zaman artıq şikayətin qanunla müəyyən edilmiş müddəti bitmiş olacaqdır. Buna görə də buraxılmış müddətin üzrlü hesab edilərək, apellyasiya şikayətinin icraata qəbul edilməsi zəruridir. Cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə baxılması 23.07.2024-cü il tarixə saat 10:45-ə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Baqiyev İlyas Knyaz oğlunun nümayəndəsi və vəkili Mustafayev Natiq Məhəmməd oğlu cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi Məmmədov Asif Millət oğlu tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğluna müddətin bərpasına dair ərizəyə baxılmasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 133.2-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan buraxılmış müddətin bərpası haqqındakı ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu tərəfindən verilmiş müddətin bərpası barədə ərizəni və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlunun iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)-402/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti buraxmasının səbəbləri üzrlü hesab edilərək bərpa edilməli, onun həmin qətnamədən verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)-402/2024 saylı qətnaməsi hakimin elektron imzası ilə təsdiq edilməklə 02.04.2024-cü il tarixdə cavabdeh “TƏZADLAR” qəzetinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)- 402/2024 qətnaməsindən 03.05.2024-cü il tarixdə verdiyi apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verərək, dövlət rüsumu natamam ödənildiyindən, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 15.05.2024-cü il tarixli 2(103)-3527/2024 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)-402/2024 saylı qətnaməsindən cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.07.2024-cü il tarixli, e-2(004)-402/2024 saylı qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumu natamam ödənildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli e-2(004)-402/2024 saylı qətnaməsindən cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

 Cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)-402/2024 saylı qətnaməsindən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə apellyasiya şikayətini 22.05.2024-cü il tarixdə yenidən məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlu tərəfindən iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)-402/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti üzürlü səbəblərdən ötürülmüşdür. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən,  məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133.1, 263, 264, 361, 362, 364-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI:

 Cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlunun müddətin bərpasına dair ərizəsi təmin edilsin. Cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlunun iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)- 402/2024 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilsin.

 Cavabdeh “TƏZADLAR” qəzetinin nümayəndəsi (baş redaktor) Məmmədov Asif Millət oğlunun iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2024-cü il tarixli, e-2(004)- 402/2024 saylı qətnaməsindən 22.05.2024-cü il tarixdə verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

 Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kərim Xudayev».

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili (Məmmədov) əməkdaşımıza bildirdi ki, 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd olduğundan ötən gün məhkəmə iclasında iştirak edə bilməməsinin seçki qanunvericiliyinə uyğun olduğunu nəzərə alaraq məhkəmədən onun iştirakı olmadan şikayətə baxılmasını xahiş etmiş, bu barədə ərizə ilə məhkəmənin elektron sisteminə məktub ünvanlamışdır. Deputatlığa namizəd Asif Mərzili məhkəmənin ədalətli qərarına görə hakim Kərim Xudayevə təşəkkürünü ifadə etmişdir.

Elçin MƏMMƏDLİ

araz.az xəbər portalı.